Rusiyanın Ukraynanın Kiyev vilayətinin Buça rayonuna zərbəsi və ardınca baş verən partlayışlar nəticəsində ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko ölənlərin sayının 37-yə çatdığını açıqlayıb.
“Bu, dəhşətli və əvəzolunmaz itkidir. Həlak olanların yaxınlarına başsağlığı verirəm. Hadisə yerində işlər davam edir. Xilasedicilər və bütün müvafiq xidmətlər faciə yerində fəaliyyət göstərirlər”, – o bildirib.
Bundan əvvəl 27 nəfərin öldüyü, dördü uşaq olmaqla 42 nəfərin yaralandığı bildirilmişdi. Yaralılardan yeddisi xəstəxanaya yerləşdirilib.
Hadisə zonasından 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib. İlkin qiymətləndirməyə əsasən, 50-yə yaxın yaşayış binası müxtəlif dərəcədə zərər görüb.
Həlak olanlar arasında Dmitrivka icmasının rəhbəri Taras Didiç də var. O, insanlara kömək etmək üçün hadisə yerinə ilk gedənlərdən biri olub.
Kiyev vilayətində avqustun 30-u hücum qurbanlarının xatirəsinə matəm günü elan edilib.
14:49
Ukraynanın Kiyev vilayətinin Buça rayonuna Rusiya ordusunun həyata keçirdiyi hücum nəticəsində azı 27 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Həlak olanlar arasında Dmitrivka icmasının rəhbəri Taras Didiç də var. Bildirilir ki, o, insanlara kömək göstərmək üçün hadisə yerinə ilk gedənlərdən biri olub.
Hücum zamanı daha 42 nəfər yaralanıb. Onların dördü uşaqdır. Yaralılardan yeddisi xəstəxanaya yerləşdirilib.
Hadisə zonasından 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Məlumata görə, avqustun 28-də Rusiyaya məxsus pilotsuz uçuş aparatı Mila kəndindəki anbara zərbə endirib. Ardınca baş verən güclü partlayışlar nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib.