Modern.az

Qafqaz Universitetində İKT tədbiri - FOTO

Qafqaz Universitetində İKT tədbiri - FOTO

Aktual

28 Yanvar 2013, 17:08

Qafqaz Universitetində Avropa Birliyinin TEMPUS Proqramı çərçivəsində universitetin qazanmış olduğu “Kompüter Bilikləri Sahəsində Milli Test Mərkəzlərinin” yaradılması layihəsinin açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbiri Qafqaz Universitetinin prorektoru professor Cihan Bulud açıb və bildirib ki, bu layihədə 5 Avropa universiteti və 11 yerli universitetin nümayəndəsi iştirak edir. Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin nümayəndələrinin də iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində biliklərin artırılmasından və onların ölçülməsindən ibarətdir. Bundan başqa, layihə çərçivəsində bu Test Mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin müəyyən müddətlərdə adları qeyd olunan ölkələrdəki universitetlərə ezam olunmaları, oradakı təcrübəni yaxından öyrənərək  Azərbaycanda tətbiqi nəzərdə tutulub. Üç illik  müddəti  olan layihə 2015 ci ilin oktyabr ayında başa çatacaq. C. Bulud qeyd edib ki, layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, bu, Qafqaz Universitetinin TEMPUS proqramı çərçivəsində əldə etdiyi ən böyük layihədir. Ancaq bundan başqa Qafqaz Universiteti 2008-ci ildən Avropa Birliyinin bir çox layihələrində də iştirak edir. Hazırda bu layihələrin sayı 6-dır və bu layihələr universitetin beynəlxalq ictimaiyyətdə tanınmasında və dünya təcrübəsinin Azərbaycana gətirilməsində əhəmiyyət kəsb edir.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.

 

 

Anar Kəlbiyev  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı