Modern.az

Yaponiyada güclü zəlzələ

Yaponiyada güclü zəlzələ

Aktual

25 Mart 2022, 10:37

Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

 

Yeraltı təkanların episentrinin Fukuşima prefekturasının sahillərində, ocağının okean dibindən 50 kilometr dərinlikdə yerləşdiyi bildirilib. Yeraltı təkanlar qonşuluqda yerləşən Miyaqi, İvate və Aomori prefekturalarında hiss olunub.

 

Dağıntılar və zərərçəkənlər, həmçinin qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-də ştatdankənar vəziyyət barədə məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!