Rusiyanın hücumlarından sonra Ukraynada həlak olan insanların kütləvi məzarlıqlarda basdırılması barədə müxtəlif xəbərlər və görüntülər yayılıb.
Modern.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukraynadakı İnsan Haqları qrupunun rəhbəri Matilda Boqner bu məlumatları təsdiqləyib və Rusiyanın işğalı altında olan Mariupol şəhərində kütləvi məzarların olduğunu bildirib.
Onun sözlərinə görə, açılan məzarlardan birində 200 nəfərin cəsədi aşkarlanıb.
BMT rəsmisi qeyd edib ki, bəzi dəlillər peyk görüntülərindən əldə edilib və kütləvi məzarlarla bağlı daxil olan məlumatlar gündən-günə artmaqdadır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının bu gün yaydığı məlumata görə, Rusiyanın fevralın 24-də Ukraynada başlatdığı müharibə nəticəsində bu ölkədə 1035-dən çox dinc sakin həlak olub, yüzlərlə insan yaralanıb.
Fatma Abdulla