Rusiyanın Zabaykalye diyarında yaşayış binasında güclü yanğın olub.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər xilas olunub.
Yanğın 480 kvadratmetr ərazini əhatə edib. Əraziyə 6 texnika və canlı qüvvə cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla əlaqədar araşdırma aparılır.