Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6854 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 750, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5391, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 368 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 395 825, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 787, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 817 513, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 031 776, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 749 nəfər təşkil edir.
