Modern.az

Bakıda mebel sexi yandı - YENİLƏNİB

Bakıda mebel sexi yandı - YENİLƏNİB

Aktual

6 Aprel 2022, 00:30

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində baş vermiş yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğının mürəkkəbliyinə, o cümlədən obyekt daxilində tezalışan malların mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin fərdi şücaəti və peşəkarlıqları sayəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.

 

Yanğın nəticəsində ümumi sahəsi təqribən 3000 kv.m olan sexin 600 kv.m hissəsi yanıb. Sexin böyük hissəsi, o cümlədən boya bölməsi yanğından mühafizə olunub.

***

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Bu barədə Modern.az FHN-ə istinadən xəbər verir.

 

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

 

***

23:00

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində mebel sexində yanğın olması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı