Modern.az

Həbsdə olan sabiq icra başçısı hökmdən narazıdır

Həbsdə olan sabiq icra başçısı hökmdən narazıdır

Aktual

6 Aprel 2022, 13:00

Biləsuvar rayonunun həbsdə olan sabiq icra başçısı Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

 

Modern.az-ın məlumatına görə, şikayət Şirvan Apellyasiya məhkəməsinə təqdim edilib. Yaxın vaxtlarda şikayət icraata götürüləcək.

 

Xatırladaq ki, sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

 

İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

 

Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı