Modern.az

Rusiyanın 14 yaxtası müsadirə olundu

Rusiyanın 14 yaxtası müsadirə olundu

Aktual

6 Aprel 2022, 12:30

Niderlandda Rusiya üçün tikilən və texniki xidmət göstərilən 14 yaxta Moskvaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən ölkəni tərk edə bilmir.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Vopke Hukstranın Nümayəndələr Palatasına (Parlamentin aşağı palatası) ünvanladığı məktubunda deyilir. Burada tikilməkdə olan 12 yaxtadan, o cümlədən 35 metrdən uzun super qayıqdan və texniki xidmətdə olan iki yaxtadan söhbət gedir.

 

“İxracata qoyulan məhdudiyyətlər səbəbindən hazırda bu qayıqların Rusiyaya çatdırılması mümkün deyil”, - deyə məktubda bildirilir.

 

Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı