Modern.az

Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi

Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi

Aktual

6 Aprel 2022, 14:04

Dünya Güləş Birliyi 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib.

 

Bu barədə Modern.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qərar bir müddət öncə verilib: “Rusiyanın 97 kq çəki dərəcəsində mübarizə aparan idmançısı Anzor Boltukayev dopinqə yaxalandığı üçün bu cür qərar verilib. Komandanın hesabından 9 xal silinib və çempionluq Azərbaycana verilib”.

 

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən turnirdə komandanmızın baş məşqçisi Firdovsi Umudov olub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı