Aprelin 4-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 2 humanitar dəhliz açılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk videomüraciətində bildirib.
O deyib ki, aprelin 4-də Donetsk və Luqansk vilayətlərində humanitar dəhlizlərin açılması razılaşdırılıb. Ukraynanın ən “qaynar nöqtə”si hesab edilən Mariupol şəhərindən Zaporoyjeyə humanitar dəhliz də həyata keçiriləcək.