Modern.az

Uşaqlar arasında yeni virus yayılıb - RƏSMİ

Uşaqlar arasında yeni virus yayılıb - RƏSMİ

Aktual

6 Aprel 2022, 15:10

“Son bir ayda uşaqlar arasında qusma, yüksək hərarət və ishal müşahidə edilir”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

 

Pediatr bildirib ki, xəstəxanaya müraciət edən uşaqlar müayinə olunur və rotavirus olması aşkarlanırsa, onlara uyğun müalicə yazılır:

 

“Hazırda bu hallar epidemiya şəklindədi və 5 yaşlı uşaqlarda daha çox rast gəlinir. Xəstəlik böyük yaşlarda da müşahidə edilsə də, onlar yüngül keçirilər. Uşaqlardakı simptomlar bir həftədən bir aya qədər dava edə bilər”.

 

Həkimin sözlərinə görə, virus uşaqlardan validenylərə də keçir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı