Modern.az

Uşaqlar nə üçün dırnaq yeyir?

Uşaqlar nə üçün dırnaq yeyir?

Aktual

6 Aprel 2022, 15:46

“Uşaqlarda dırnaq yemə geniş yayılmış problemdir. Bu bəzən vərdiş halını alır”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.

 

Həkim bildirib ki, bəzən dırnaq yeməyə dəmir azlığı da səbəb olur.

 

Ə.Quliyev uşaqları bu vərişdən çəkindirməyin vacibliyini vurğulayıb:

 

“Dırnaqların altında çox sayda viruslar olur ki, uşaqlar bu yolla asanlıqla yoluxurlar. On görə də problemi vaxtında aradan qaldırmaq lazımdır. Mümkün olmadıqda həkimlə məsləhətləşmək tövsiyə edilir".

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!