Modern.az

Koronavirusdan ölən Jirinovski bu xəstəliyi LAĞA QOYMUŞDU

Koronavirusdan ölən Jirinovski bu xəstəliyi LAĞA QOYMUŞDU

Aktual

6 Aprel 2022, 18:06

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski koronavirusdan vəfat edib.


Modern.az xəbər verir ki, Jirinovski fevralın 2-də koronavirus infeksiyasına görə ağırlaşmalarla xəstəxanaya yerləşdirilmişdi. O, iki aydan artıq idi ki, yataq xəstəsi kimi həyatı dəstəkləyən cihazlara qoşulmuşdu.


75 yaşında koronavirusun qurbanı olan Jirinovski bir neçə ay öncə - infeksiyaya yoluxmazdan öncə bu xəstəliyi lağa qoyaraq demişdi:

“Bax, mən səkkiz vaksin vurdurdum və xəstələnmədim. Amma dördünü vurdursaydım, bəlkə də məni harasa aparacaqdılar”.

Təbii ki, Vladimir Jirinovski səkkiz dəfə peyvənd olunmamışdı və o bunu xəstəlikdən qorxub vaksinasiya olunmağa gedənləri ələ salmaq üçün demişdi...

Nahaq yerə deməyiblər ki, sən saydığını say, gör fələk nə sayır...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!