Modern.az

Səfir Ukraynada həlak olan azərbaycanlı döyüşçüdən YAZDI

Səfir Ukraynada həlak olan azərbaycanlı döyüşçüdən YAZDI

Aktual

9 Aprel 2022, 13:55

Ukraynanın Bakıdakı səfiri Vladislav Kanayevski Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayevin Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olması ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, diplomat başsağlığı mesajını feysbuk səhifəsində paylaşıb.

 

“Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayev Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. O, Qəhrəman Dəniz Korpusunun bölməsinin tərkibində şəhəri müdafiə edirdi. Onun xatirəsi əbədi yaşayacaq”, - səfir qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı