Modern.az

Ukraynada daha 2 gürcü hərbçi öldürüldü

Ukraynada daha 2 gürcü hərbçi öldürüldü

Aktual

10 Aprel 2022, 09:10

Ukraynada davam edən döyüşlərdə daha 2 gürcü əsilli hərbçi həlak olub, 5 nəfəri isə yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynada döyüşlərdə iştirak edən Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili məlumat yayıb.

 

Bildirilib ki, həlak olan hərbçilərdən biri Davit Menabdişvilidir. Onun 2014-cü ildən etibarən Ukraynada olduğu deyilir.

 

Qeyd edək ki, bundan öncə Ukraynada həyatını itirmiş 3 gürcü hərbçi Gürcüstana gətirilərək dəfn edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı