İndoneziyanın Papua əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentrinin Papuanın paytaxtı Cayapura şəhərindən 131 kilometr cənub-qərbdə, ocağının 49 kilometr dərinlikdə yerləşdiyi bildirilib/
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.