Modern.az

Daha 3 rayonda vəzifəli şəxslər saxlanıldı - Növbəti əməliyyat

Daha 3 rayonda vəzifəli şəxslər saxlanıldı - Növbəti əməliyyat

Aktual

3 İyun 2022, 14:30

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə rayonda vəzifəli şəxslərə qarşı məliyyat keçirib.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki, Qazax və Xaçmazda yerləşən Ərazi Şöbələrində də axtarışlar aparılıb. Həmin idarələrin bir neçə vəzifəli əməkaşı saxlanılıb.

 

Qeyd edək ki, əməliyyat çərçivəsində qurumun Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev də saxlanılıb.

 

Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı