Modern.az

Putin: ABŞ-ın qərarı balansı kökündən dəyişməyəcək

Putin: “ABŞ-ın qərarı balansı kökündən dəyişməyəcək”

Aktual

5 İyun 2022, 13:26

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın Ukraynaya HIMARS raket sistemləri vermək qərarı qüvvələr balansında heç nəyi kökündən dəyişməyəcək.

 

Modern.az xəbər verir ki, Rusiya lideri bu barədə “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində deyib.

 

Onun fikrincə, söhbət döyüş əməliyyatları zamanı itirilmiş silah ehtiyatlarının doldurulmasından gedir. Putin vurğulayıb ki, məsafə sistemin özündən deyil, istifadə olunan raketlərdən asılıdır:

 

“Gördüklərimizin, eşitdiklərimizin, bildiklərimizin Ukrayna rejiminə etimad və ya inamsızlıqla heç bir əlaqəsi yoxdur, bu, amerikalıların hansı raketləri təmin etməsindən asılıdır. Amma bu gün eşitdiklərimiz və anladığımız raketlərin növündən asılı olaraq düz 45-70 km uçan raketlərdir. Bax, eyni şey “Qradlar”, “Qasırğalar”, “Tornadolar”da da mövcuddur. Onların da 40-70 km uçuş məsafəsi var. Yeni heç nə yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı