Modern.az

Zaqatalada itən turistin axtarışına helikopterlər cəlb olunacaq

Zaqatalada itən turistin axtarışına helikopterlər cəlb olunacaq

Aktual

5 İyun 2022, 13:31

Zaqatalada itkin düşən hindistanlı turist Manikathi Kondaveetinin axtarışları davam edir. 

 

Bu barədə Modern.az-a açıqlama verən turistin qardaşı Dharan Kondaveeti bildirib ki, yaxın vaxtlarda axtarışlara helikopterlər cəlb ediləcək.


"Zaqatala ətrafında axtarışlar aparılır. Sərhəddən kənarda da axtarış işləri genişləndirilir. İndiyədək heç bir nəticə əldə olunmayıb. Ümid edirik ki, yaxın vaxtda qardaşım tapılacaq".

 

Xatırladaq ki, mayın 13-də Zaqatalaya turist kimi gələn hindistanlı Manikathi Kondaveeti itkin düşüb. 1993-cü il təvəllüdlü turist Zaqatala rayonunun Qəbizdərə kəndi yaxınlığındakı dağlıq ərazidən rayon istiqamətində piyada gəlməyə başlayıb. O, iki dağ aşırımını keçərək Car kənd inzibati ərazisinin yaxınlığına, el arasında “Şamilovka” kimi tanınan dağ massivinə gəlib. 29 yaşlı qonağın elə bu ərazilərdə itkin düşdüyü ehtimal edilir.

 

Həmçinin oxuyun:

Hindistanlı turist Zaqatalada necə itkin düşüb - TƏFƏRRÜAT

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı