Modern.az

Berdiməhəmmədov ərzaq təminatı üçün 300 milyon ayırdı

Berdiməhəmmədov ərzaq təminatı üçün 300 milyon ayırdı

Aktual

5 İyun 2022, 14:09

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov türkmən əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün 300 milyon dollar ayırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin dövlət informasiya agentliyi məlumat yayıb.

 

Prezident bu qərarı Nazirlər Kabinetinin və Dövlət Təhlükəsizlik Şurasının birgə geniş iclasında elan edib.

 

İclasda Baş nazirin müavini Muhammetqulı Muhammedov əhalinin ərzaq məhsulları ilə fasiləsiz və optimal təminatı üçün müvafiq strukturlara vəsait ayrılmasını təklif edib. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası üçün 2023-cü il dövlət büdcəsində kifayət qədər maliyyə vəsaiti nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı