Modern.az

Ukraynada futbol çempionatı bərpa olunur

Ukraynada futbol çempionatı bərpa olunur

Aktual

5 İyun 2022, 16:11

Ukraynada avqust ayında futbol üzrə ölkə çempionatlarına başlanılması nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bu barədə “Associated-Press” agentliyi Ukrayna Futbol Assosiasiyasının Prezidenti Andrey Pavelkoya istinadən məlumat yayıb.

 

Rusiyanın hücumu ilə əlaqədar fevralın 24-dən Ukraynada futbol oyunları dayandırılıb. Andrey Pavelko deyib ki, bununla bağlı Prezident Volodimir Zelenski ilə müzakirə aparıb.

 

Onun sözlərinə görə, futbol güclü təsir vasitəsidir, insanlara gələcək barədə düşünməyə kömək edir: “Buna görə də Prezident Zelenski ilə avqustda Ukraynada futbol çempionatının bərpa edilməsi barədə qərar qəbul etdik”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı