Bu gün İsveç və Finlandiyanın iştirakı ilə NATO-nun Baltik dənizində illik "Baltops-22" hərbi dəniz təlimi başlayıb.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytında məlumat yer alıb.
Alyansın 14 üzvünün iştirakı ilə başlayan hərbi təlim iyunun 17-dək davam edəcək və təlimlərə 75 təyyarə, 45 gəmi, 7 mindən çox dənizçi, pilot və dəniz piyadası cəlb olunub.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millin bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiyanı Baltik dənizində çətin hərbi vəziyyətə salacaq.
“Baltik dənizi strateji baxımdan çox vacibdir. Dünyanın ən böyük dəniz zolaqlarından biridir. Baltik dənizində hər gün 1500-2000 ticarət gəmisi üzür. Biz uzun illərdir ki, İsveç və Finlandiya Silahlı Qüvvələri ilə yaxından işləyirik və onlar NATO-ya qoşulsalar, böyük potensialı olacaq. Bu, eyni zamanda ümumi işə, qaydalara əsaslanan beynəlxalq nizama və böyük ölkələrin nəticələri olmadan kiçik ölkələri işğal edə bilməyəcəyi ideyasına sadiqliyini nümayiş etdirir", - deyə Mark Mill vurğulayıb.