Modern.az

Avtobuslar yenə tıxacda qaldı

Avtobuslar yenə tıxacda qaldı

Aktual

28 İyun 2022, 18:14

Hazırda paytaxtın Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində müşahidə olunan sıxlıq səbəbindən 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında 10-15 dəqiqə ləngimələr var.

 

Modern.az Vahid Dispetçer Xidmətinə istinadən xəbər verir ki, 10-dan artıq avtobus sıxlıqda qalmaqdadır, bu da onlarla insanın lüzumsuz vaxt itirməsi deməkdir.  

 

Məlumat üçün bildirək ki, qeyd olunan istiqamətdə avtobusların rahat və maneəsiz hərəkəti üçün xüsusi zolaq təşkil olunub. Lakin digər sürücülərin zolağın tələbinə riayət etməməsi xüsusən də pik saatlarda avtobusların hərəkətini əhəmiyyətli dərəcədə çətinləşdirir. Nəticədə Azneft dairəsi-İçərişəhər eləcə də Azneft dairəsi-Neftçilər prospekti-28 May və əks istiqamətlərdə dayanacaqlarda sərnişinlər uzunmüüdətli gözləməli olurlar. 

 

Xidmət bir daha fərdi avtomobil sürücülərini sosial anlayış nümayiş etdirərək avtobus zolağının tələbinə ciddi riayət etməyi tövsiyə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı