Modern.az

İsrail 15 ildən sonra Türkiyəyə uçuşları bərpa edir

İsrail 15 ildən sonra Türkiyəyə uçuşları bərpa edir

Aktual

4 İyul 2022, 10:44

İsrail aviakompaniyaları 15 illik fasilədən sonra Türkiyəyə müntəzəm uçuşları bərpa edəəcək.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində mülki aviasiya sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.

 

Məlumata görə, bununla bağlı danışıqlar bazar ertəsi günü baş tutacaq. Tərəflər arasında keçiriləcək görüşdə İsraildən birbaşa uçuşların bərpası, onların tezliyinin artırılması və təhlükəsizlik məsələlərinin nizamlanması müzakirə olunacaq.

 

Qeyd edək ki, İsrail aviadaşıyıcıları 2007-ci ildən Türkiyəyə uçuşları dayandırıb. Buna baxmayaraq, türk aviakompaniyaları İsrailə müntəzəm reysləri yerinə yetirir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı