Modern.az

Azərbaycan və İran XİN rəhbərləri görüşdü

Azərbaycan və İran XİN rəhbərləri görüşdü

Aktual

4 İyul 2022, 11:58

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə İran XİN-nin mətbuat şöbəsi məlumat yayıb.

 

Ceyhun Bayramov iranlı həmkarı tərəfindən XİN binasında rəsmi qarşılanıb. Görüş zamanı nazirlər iki ölkə arasında əlaqələr, görüləcək işlər barədə fikir mübadiləsi aparırlar.

 

Qeyd edək ki, Ceyhun Bayramovun İrana səfəri bu gün başlayıb. Nazir İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf ilə də görüşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?