Modern.az

Naftalanda növbəti səyyar qəbul keçirilib

Naftalanda növbəti səyyar qəbul keçirilib

Aktual

4 İyul 2022, 12:42

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qəbul qrafikə uyğun olaraq şəhərin Qurban Namazəliyev adına yaşayış məhəlləsinin sakinləri ilə səyyar qəbul keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, şəhər Polis Şöbəsinin rəisi, xidmət təşkilatlarının rəhbərləri və Qurban Namazəliyev adına yaşayış məhəlləsinin sakinləri iştirak ediblər.

 

 

İcra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri məsələlərin qısa zamanda həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. 

 

Sakinlər onlara göstərilən diqqət və qayğıya həmçinin problemlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı