Modern.az

Sabah iki milli parkda “Açıq qapı” olacaq

Sabah iki milli parkda “Açıq qapı” olacaq

Aktual

4 İyul 2022, 13:00

Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar iyulun 5-də hər iki milli parkda “açıq qapı” günü təşkil olunacaq, maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Modern.az-a bildirib ki, Ağgöl milli parkını ziyarət edən turistlər milli parkın təbiəti ilə tanış olacaq, quşları və digər fauna növlərini müşahidə edə biləcəklər.

 

Xidmət rəsmisi qeyd edib ki, Şirvan milli parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari turu təşkil ediləcək.

 

Xatırladaq ki, hər iki milli park 5 iyul 2003-cü il tarixində su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı