Modern.az

Anasının boğazını kəsən oğul xəstəxanaya GÖNDƏRİLDİ

Anasının boğazını kəsən oğul xəstəxanaya GÖNDƏRİLDİ

Aktual

4 İyul 2022, 14:04

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərovun işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O bildirib ki, hadisə baş verən zaman S.Cəfərov anlaqsız vəziyyətdə olub və buna görə də o, ekspertizaya göndərilməlidir.

 

Məhkəmə vəsatəti təmin edib və S.Cəfərov Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

 

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi rayonunda baş verib. 1989-cu il təvəllüdlü S.Cəfərov anası, 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanı kirayədə birgə yaşadığı evdə boğaz nahiyəsinə xəsarət yetirərək qətlə yetirib.

 

S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı