Modern.az

Kamran Əliyev yeni hakimləri qəbul etdi

Kamran Əliyev yeni hakimləri qəbul etdi

Aktual

4 İyul 2022, 16:46

Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2022-ci il tarixli sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim vəzifələrinə təyinat olub.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsində işləmiş Rzayeva Aynur Tapdıq qızı və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində işləmiş Hüseynov müvafiq olaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin ediliblər.

 

Bu münasibətlə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 4  iyul 2022-ci ildə Baş Prokurorluğun inzibati binasında qeyd edilən prokurorluq əməkdaşlarını qəbul edib onları prokurorluğun fəxri fərmanı ilə təltif etməklə, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Həmçinin, Baş prokuror Kamran Əliyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Şabran rayon prokuroru Bayramov Mübariz Mehman oğlunu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar prokurorluğun fəxri fərmanı ilə təltif edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı