Modern.az

Ədliyyə naziri Ağsuda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Ağsuda vətəndaşları qəbul edəcək

Aktual

4 İyul 2022, 19:05

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iyulun 6-da Ağsu şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonları: (+994 20) 274-30-41, (+994 50) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və [email protected]  elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

 

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı