Modern.az

Füzuli-Şuşa yolunda körpü inşa edilir - VİDEO

Füzuli-Şuşa yolunda körpü inşa edilir - VİDEO

Aktual

15 İyul 2022, 13:34

Azərbaycanda ilk dəfə olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda dərə üzərində inşa edilən körpü - viadukların tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işlərinin yerinə yetirilir.

 

Bu barədə Modern.az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilir ki, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun saylılır.

 

Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79,7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 metr (sol - 410 metr, sağ - 350 metr) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.

 

Xatırladaq ki, 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyu 137 müxtəlif diametrli suötürücü boru (7 200 p/m), 30 yeraltı keçid (1 110 metr), 7 körpü (763 p/m), 7 tunel (6 358 metr) və 9 viaduk (1 980 metr) inşa edilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı