Modern.az

Azərbaycan və Qırğızıstan arasında iki sənəd TƏSDİQLƏNİB

Azərbaycan və Qırğızıstan arasında iki sənəd TƏSDİQLƏNİB

Aktual

15 İyul 2022, 15:02

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Sənədlə “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilib.

***

Dövlət başçısı, həmçinin, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da imzalayıb.

Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı