Modern.az

Millimizə yeni baş məşqçi TƏYİN OLUNDU

Millimizə yeni baş məşqçi TƏYİN OLUNDU

Aktual

15 İyul 2022, 15:38

AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra 4 qərar qəbul olunub:

 

1. Türkiyəli mütəxəssis Barış Şimşek 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunsun.

 

2. Samir Əliyev 1 seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunsun.

 

3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılsın.

 

4. Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilsin. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunsun.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı