Modern.az

Avropa Komissiyasının rəhbəri Azərbaycana gəlir

Avropa Komissiyasının rəhbəri Azərbaycana gəlir

Aktual

15 İyul 2022, 17:04

Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson iyulun 18-i Azərbaycana səfər edəcək.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

 

Avropa Komissiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər panlaşdırılıb.

 

“Növbəti həftə baş tutacaq səfər zamanı Avropa İttifaqı və Azərbaycan Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün şaxələndirilməsində Cənub Qaz Dəhlizinin rolunu yüksəltmək məqsədilə enerji sahəsində strateji tərəfdaşlığı möhkəmləndirməyə çalışacaq" - məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı