Modern.az

Narkoman sürücü tutuldu

Narkoman sürücü tutuldu

Aktual

23 İyul 2022, 11:10
İyulun 22-də saat 19 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi rayonunda  yerləşən daimi postunda “BMW” markalı avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Füzuli rayon sakini Hüseyn Məmmədovun narkotik vasitə qəbul etməsi müəyyən edilib.
 
O, polis əməkdaşlarına tabesizlik göstərdiyindən araşdırma aparılması üçün 40-cı Polis Bölməsinə təhvil verilib.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!