Modern.az

Həftəsonu hava yağışlı olacaq

Həftəsonu hava yağışlı olacaq

Aktual

23 İyul 2022, 11:18

Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacağı, 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında iyulun 25-i gündüzədək bəzi yerlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

 

Çaylarda sululuğun artacağı ehtimalı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı