Modern.az

Şəkidə Vito camışları vurdu

Şəkidə Vito camışları vurdu

Aktual

23 İyul 2022, 16:08

Şəkidə sərnişin daşıyan "Vito" markalı mikroavtobus qəzaya düşüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Hərəkətdə olan "Vito" markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub.

 

Qəzadan sonra Vito yoldan çıxaraq ağaca dəyib. Üç baş camış tələf olub. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...