Modern.az

Kafedə narkotik aşkarlandı

Kafedə narkotik aşkarlandı

Aktual

23 İyul 2022, 16:55

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Nurlan Muradov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.

 

N.Muradova məxsus rayonun Qandax kəndində yerləşən kafeyə baxış keçirilən zaman isə oradan yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...