Şəmkir şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə şəhərin Birinci küçəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 2004-cü il təvəllüdlü S.Qurbanov və 1994-cü il təvəllüdlü Ə.Orucov müxtəlif bədən xəsarətləri alıblar.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.