Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.
Modern.az-ın məlumatına görə, 25 yaşlı hücumçu doğma meydanda “İstra 1961” klubunu 4:1 hesabı ilə məğlub etdikləri ölkə çempionatının III tur matçından sonra əvvəlki zədəsini yeniləyib.
Belində ağrılar hiss edən forvard Bolqarıstanda “Ludoqorets”lə oynanılacaq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşünü buraxacaq.