Türkiyə ordusu “Barış pınarı” bölgəsinə hücuma hazırlaşdıqları təyin olunan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Barış pınarı" bölgəsinə hücuma hazırlaşdıqları təyin olunan 5 PKK/YPG terrorçusu atəşə dəstək qüvvələri tərəfindən məhv edilib.
"Terrorçuları aşkar etdikləri yerdə zərərsizləşdirməyə davam edəcəyik", - nazirlik bəyan edib.