Modern.az

İranın 2 sərhədçisi həlak olub

İranın 2 sərhədçisi həlak olub

Aktual

31 İyul 2022, 15:29

İranın iki sərhədçisi Qərbi Azərbaycan əyalətinin Salmas sərhəd rayonundakı ərazidə patrul xidməti apararkən həlak olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Azərbaycan Vilayəti Sərhəd Mühafizə Komandanlığının ictimaiyyətlə əlaqələr şöbəsi məlumatı təsdiqləyib.

 

Qeyd edilib ki, İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Salmas rayonunun sərhəd alayının iki əsgəri patrul xidməti apararkən ölüb.

 

Qeyd edək ki, Salmas qərbdə İraq, şimal-qərbdə Türkiyə ilə həmsərhəddir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...