Modern.az

Qrız və Ləzəyə leysan yağıb - Faktiki hava

Qrız və Ləzəyə leysan yağıb - Faktiki hava

Aktual

31 İyul 2022, 21:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 21:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.

 

Modern.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, düşən yağıntının miqdarı Ləzədə və Qrızda 42 millimetr təşkil edib.

 

G.Məmmədovanın sözlərinə görə, qərb küləyi əsib, sürəti Şamaxıda 16 metr/saniyəyə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!