Modern.az

İngiltərə Avropa çempionu oldu 

İngiltərə Avropa çempionu oldu 

Aktual

31 İyul 2022, 23:09

Qadınlar arasında futbol üzrə Avropa çempionatının final matçında İngiltərə Almaniyaya 2:1 hesabı ilə qalib gələrək ilk dəfə Avropa çempionu olub.

 

Modern.az xəbər verir ki, qarşılaşma Londondakı Uembli Stadionunda baş tutub.

 

87 min 192 nəfərin izlədiyi matçın Avropa çempionatında azarkeş sayına görə rekord olduğu açıqlanıb.

 

İngiltərə kişi milli komandasının 1966-cı ildə qazandığı Dünya Kubokundan sonra ilk dəfə böyük futbol turnirində çempion olub.

 

İngiltərənin qadın futbol yığması Avropa çempionatının finalında 1984-cü ildə İsveçə, 2009-cu ildə isə Almaniyaya məğlub olub.

 

Almaniya kansleri Olaf Şolst və şahzadə Uilyam da matçı izləyib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı