Modern.az

Məşhur haker qrupu Mossad-ın veb-səhifəsinə hücum edib

Məşhur haker qrupu Mossad-ın veb-səhifəsinə hücum edib

Aktual

27 Mart 2013, 13:12

Modern.az Press Tv-yə istinadən xəbər verir ki, “Anonimus” haker qrupu İsrail xüsusi xidmət orqanı – Mossad-ın  veb-səhifəsinə hücum etdiyini və çox gizli sənədləri əldə etdiyini bildirib. “Anonimus” öz Twitter hesabında bu barədə məlumat yayımlayıb. Məlumata görə, haker qrupu  hərbi rəsmilərin, siyasətçilərin və Mossad agentlərinin daxil olduğu 30 000-dən çox İsrail rəsmisinin şəxsi sənədlərinə giriş əldə edib. Qrup əldə etdiyi məlumatları tədricən yayımlayacağını bildirib.

“Anonimus” 2012-ci ilin noyabrdan bu yana İsrailin Qəzzaya hücumlarına cavab olaraq İsrail saytlarına kiber hücumlar etmişdi.
 
Peykər İbrahimova  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı