Rusiyada koronavirusa yoluxma hallarının sayı sutkada 39 669 nəfər olub, 64 pasiyent dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə infeksiyaya nəzarət üzrə federal qərargahdan bildirilib.
Məlumata görə, bir gün əvvəl qonşu ölkədə 40 010 yoluxma, 69 ölüm halı qeydə alınıb, ümumilikdə pandemiyanın başlandığı gündən Rusiyada 19 117 343 yoluxma, 383 560 ölüm faktı təsdiqlənib.
Xəstəlikdən sağalanların sayı isə 18 284 586-ya çatıb.
Rusiyada bir gün əvvəl 1853 COVID-19 xəstəsi xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin sayı 11 rayonda artıb.