Gürcüstanın Borjomi bələdiyyəsinə məxsus meşədə üç günə yaxındır yanğın davam edir.
Modern.az xəbər verir ki, yanğınsöndürmə briqadası Keblisxevi kəndi yaxınlığındakı meşədə yanğınları söndürməyə çalışır.
Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, bu gün səhər saatlarında sərhəd polisinin helikopteri yanğının söndürülməsi prosesinə cəlb olunub. Yanğını lokallaşdırma işlərində 100-dək yanğınsöndürən-xilasedicisi iştirak edir.
"Ərazinin çətin qayalıq olması səbəbindən yanğın-xilasetmə texnikasının yanğına cəlb edilməsi mümkün olmayıb və yanğınsöndürənlər fərdi texnika ilə işləməli olublar. Bundan başqa, güclü külək də vəziyyəti çətinləşdirib. Yanğının yayılma riskini nəzərə alaraq Tbilisidən lokallaşdırma prosesinə əlavə qruplarin cəlb edilməsinə qərar verilib", - məlumatda deyilir.