Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz" klubu "Qəbələ" ilə üz-üzə gəlib.
Modern.az xəbər verir ki, görüş "Qəbələ"nin 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qəbələ" liderliyə yüksəlib. İkinci sırada yer alan "Sabah" da eyni xala malikdir. 3 görüşün hamısında uduzan "Kəpəz" isə 9-cu sıradadır.