Modern.az

“Nə qədər düşmən ölkə var, hamısı bizə qarşı çıxır” - Çavuşoğlu

“Nə qədər düşmən ölkə var, hamısı bizə qarşı çıxır” - Çavuşoğlu

Aktual

23 Avqust 2022, 11:10

Bu gün Suriyada həyata keçirmək istədiyimiz əməliyyatlara dünya ölkələri qarşı çıxır.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri  Mövlud Çavuşoğlu bildirib.

 

Onun sözlərinə görə, Türkiyə nə zaman əməliyyatlara başlasa, bəzi ölkələr buna qarşı çıxır:

 

"Bir-birinə nə qədər düşmən ölkə var, hamısı bizə qarşı çıxır. Bizim yolumuza İran, Rusiya, hətta Amerikada çıxır. Biz bilmirik ki, həmin ölkələrin Suriyadan çıxarları nələrdir. Hazırda biz Suriyada müxalifət və hakimiyyət ilə də əlaqə qururuq. Suriyada məsələlərin həllini istəməyən ölkələr var. Bunun arxasında başqa əllər dayanır. Biz işlərin arxasında kimlər var, onları axtarırıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı